YAP Ərazi İlk Partiya Təşkilatının seçki yığıncağı keçirilib

AZADİNFORM. Diasporla İş üzrə Dövlət Komitəsində Yeni Azərbaycan Partiyası Ərazi İlk Partiya Təşkilatının hesabat seçki yığıncağı keçirilib. 

Komitədən Azadinform-a verilən məlumata görə, iclasda YAP Diasporla İş üzrə Dövlət Komitəsinin Ərazi İlk Partiya Təşkilatının hesabatı dinlənilib. Gənclərin partiya sıralarına cəlb edilməsi, müvafiq vaxtlarda iclasların keçirilməsi və gündəlikdə duran digər məsələlər müzakirə olunub. Daha sonra seçki məsələlərinə baxılıb.

Səsvermə əsasında Dövlət Komitəsinin I Ərazi şöbəsinin müdiri Ruslan Quliyev ərazi ilk partiya təşkilatının sədri, Hüquq təminatı, ümumi və kadrlar şöbəsinin müdiri Ceyhun Abbasov isə sədr müavini seçilib.

19.10.2018 14:43 / Baxılıb: 228 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo