Azərbaycan-Türkmənistan münasibətləri yüksək səviyyədə olmalıdır

Ləman Hüseynzadə / AZADİNFORM. “Son zamanlar Azərbaycanla Türkmənistan arasında müəyyən müsbət dəyişikliklər mövcuddur”.

Bu fikri Azadinform-a açıqlamasında Milli Məclisin deputatı Rasim Musabəyov deyib.

O bildirib ki, Türkmənistan Azərbaycana çox yaxın bir dövlətdir: “Digər tərəfdən türkmənlərlə azərbaycanlılar eyni kökdən formalaşan millətlərdir. Buna görə də düşünürəm ki, bu münasibətlər qat-qat sıx və yüksək səviyyədə olmalıdır. İnanıram ki, bundan sonra da iki dövlət arasında bu istiqamətdə müsbətə doğru böyük dəyişikliklərin şahidi olacağıq”.

19.10.2018 14:14 / Baxılıb: 523 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.04.2019
    24.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo