Temperatur 27 dərəcəyə yüksələcək

Adəm Abbaslı/AZADİNFORM. Azərbaycanda oktyabrın 20-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azadinform-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə çiskin olacaq. Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 15-17°, gündüz 20-25°, Bakıda gecə 15-17°, gündüz 22-24° isti olacağı ehtimalı var.

Atmosfer təzyiqi normadan yüksək-766 millimetr civə sütunundan 762 millimetr civə sütununa enəcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə duman olacağı, ayrı-ayrı şərq rayonlarında çiskinli yağış yağacağı proqnozlaşdırılır. Cənub-qərb küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 11-16°, gündüz 22-27°, dağlarda gecə 4-9°, gündüz 15-19° isti olacağı bildirilir.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, oktyabrın 20-də Abşeron yarımadasında arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

19.10.2018 13:19 / Baxılıb: 402 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo