Kaşıkçının ailəsi mediaya müraciət edib

Nərgiz Məmməd/AZADİNFORM. Səudiyyəli jurnalist Camal Kaşıkçının ailəsi mediaya müraciət edib və yalnız rəsmi mənbələrə istinad olunan xəbərlərin yayılması istənilib.

Azadinform Anadolu Agentliyinə istinadən xəbər verir ki, ailənin adından Amerikanın CNN kanalına danışan Camal Kaşıkçının əmisi oğlu Mutasım Kaşıkçı onun Səudiyyə Ərəbistanında məşhur bir ailəyə mənsub olduğunu deyib. O, jurnalistin müxalifətçi olmadığını və ölkə liderləri ilə güclü, hörmət üzərində qurulan münasibətləri olduğunu vurğulayıb.

Bildirib ki, mediada yayılan əsassız xəbərlərə görə narahatdırlar: “Camalı itkin kimi qəbul edirik. Bunun əksini sübut edən rəsmi, hüquqi dəlil yoxdur. Mediadan rəsmi xəbərlər yaymasını istəyirik”.

19.10.2018 12:54 / Baxılıb: 262 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo