Xeyirhah Messi

Samir Soltanov/AZADİNFORM. “Barselona”nın kapitanı Lionel Messi növbəti xeyirhaq addımını atıb. 

Azadinform xəbər verir ki, argentinalı ulduz futbolçuya məxsus xeyriyyə fondu Kataloniyada uşaq onkoloji mərkəzinə yardım edib. Bildirilir ki, xeyriyyə fondu SNF fondu ilə birlikdə tikinti işləri üçün 2,6 milyon avro maliyyə ayırıb. Onkoloji mərkəzin 2020-ci ilin ikinci yarısında yeni korpusu fəaliyyətə başlayacaq. Məlumata görə, təməlqoyma mərasimində Messi də iştirak edib. 

Qeyd edək ki, klinikada hazırda 215 nəfər çalışır. Yeni mərkəzdə isə 400 nəfər işləyəcək.

19.10.2018 12:22 / Baxılıb: 338 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo