TAP layihəsi üzrə işlərin 79 faizi icra olunub

Samir Soltanov/AZADİNFORM. “TAP layihəsi üzrə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla ümumilikdə 79 faizi icra olunub”. 

Azadinform xəbər verir ki, bu barədə Bakıda keçirilən “Xəzər və Mərkəzi Asiya regionunda enerji sektorunda qlobal dəyişikliklərin təsiri” mövzusunda III Avrasiya Konfransında energetika nazirinin müavini Samir Vəliyev deyib. O bildirib ki, layihə qrafikə uyğun davam etdirilir. 

Qeyd edək ki, TAP Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub, Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil ediləcək qazı Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya çatdıracaq. Layihə üzrə kapital xərcləri 4,5 milyard avrodur və iyul ayının sonuna TAP-a 3,1 milyard avro sərf olunub.

19.10.2018 10:45 / Baxılıb: 327 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo