Hacıqabulda avtomobil piyadanı vuraraq öldürüb

Hacıqabul rayonunda avtomobil piyadanı vuraraq öldürüb. 

Məlumata görə, hadisə Bakı-Qazax avtomobil yolunun 130-cı kilometrliyində, rayonun Muğan qəsəbəsində qeydə alınıb. 

Belə ki, “Mercedes”markalı avtomobil yolu keçmək istəyən rayonun Udulu qəsəbə sakini, 1950-ci il təvəllüdlü Ağacəfər Dənyar oğlu Səfərovu vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

A.Səfərovun Hacıqabul rayon Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsinin əməkdaşı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. (report)

18.10.2018 23:08 / Baxılıb: 125 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.01.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo