Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulu Türkiyəyə qayıtmayıb

Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulu Məhəmməd İbrahim əl-Üteybi Türkiyəyə qayıtmayıb.

Azadinform “Habertürk”ə istinadən xəbər verir ki, o, oktyabrın 16-da İstanbuldan Ər-Riyada təyyarə ilə yola düşüb. 

Diplomatın da məhz oktyabrın 18-i tarixinə geriyə bileti olub. Lakin Məhəmməd İbrahim əl-Üteybi bu gün saat 15:00-da havaya qalxan təyyarəyə minməyib.

Qeyd edək ki, 2017-ci ildən ABŞ-da yaşayan və "The Washington Post" qəzetinin köşə yazarı olan səudiyyəli jurnalist Camal Qaşıqçı bu il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna daxil olduqdan sonra yoxa çıxıb.

18.10.2018 22:32 / Baxılıb: 101 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.11.2018
    18.11.2018
    17.11.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo