Neymar Fransa klubundan ayrıla bilər

Fransanın PSJ klubu 2019-cu ilin yayında futbolçusu Neymar ilə yollarını ayıra bilər.
Azadinform "Cadena SER" nəşrinə istinadən xəbər verir ki, bu transfer Paris təmsilçisinin 26 yaşlı hücumçunun satışından 220 milyon avro əldə edəcəyi təqdirdə, reallaşacaq.
Nəşrdə bildirilir ki, artıq PSJ-nın prezidenti Nasser Əl-Xelaifi ilə Neymar arasında razılıq əldə olunub.
Qeyd edək ki, Neymar 2017-ci ilin yayında 222 milyon avro qarşılığında İspaniya "Barselona"sından PSJ-yə keçib. Neymar Fransa klubunun heyətində 41 oyuna 39 qol vurub. 
18.10.2018 22:17 / Baxılıb: 108 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo