FIDE eyni şəxsin iki dəfədən artıq prezident seçilməsinə qadağa qoyub

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Nizamnaməsinə dəyişiklik edilib. 

Azadinform qurumun saytına istinadən xəbər verir ki, bundan sonra eyni şəxs iki dəfədən artıq Federasiyanın prezidenti seçilə bilməyəcək.

Qərar FIDE-nin Baş Assambleyasının Gürcüstanın Batumi şəhərində keçirilən iclasında qəbul olunub.

Qeyd edək ki, FIDE prezidenti hər dörd ildən bir seçilir. Rusiya Baş nazirinin keçmiş müavini Arkadi Dvorkoviç oktyabrın 3-də FIDE-nin yeni prezidenti seçilib. Onun sələfi Kirsan İlümjinov 1995-ci ilin noyabrından bu postda çalışıb və qurumun Etika Komitəsi tərəfindən 2018-ci il iyulun 13-də vəzifəsindən kənarlaşdırılıb.

18.10.2018 21:48 / Baxılıb: 92 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo