Türkiyə polisi İstanbul meşəsində Camal Qaşıqçının meyitini axtarıb

Türkiyənin hüquq-mühafizə orqanları İstanbulun Belqrad meşəliyində səudiyyə ərəbistanılı müxalif jurnalist, “Vaşinqton post” qəzetinin itkin düşən əməkdaşı Camal Qaşıqçının meyitinin axtarışlarını həyata keçiriblər. 

Azadinform “Hurriyet”ə istinadən xəbər verir ki, təhlükəsizlik kameraları jurnalistin Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna getdiyi və orada itkin düşdüyü gün konsulluqdan çıxan avtomobillərin həmin istiqamətdə hərəkət etdiklərini qeydə alıb.

Meşəyə gələn kriminalistlər bütün kamera qeydlərini toplayaraq axtarış aparıb. Bu qeydlər tam araşdırıldıqdan sonra polisin müəyyən bir ehtimal üzərində dayanacağı gözlənilir.

Eyni zamanda İstanbul şəhər Prokurorluğu C.Qaşıqçının itkin düşməsi ilə bağlı açıqlama yayıb. Bildirilib ki, istintaq beynləxalq hüquq və müqavilələrə əməl etməklə bütün istiqamətlərdə davam edir: "Növbəti mərhələlərdə ehtiyac yaranacağı halda, istintaq prosesi haqqında ictimaiyyətə məlumat veriləcək”.

Qeyd edək ki, C.Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasına daxil olduqdan sonra itkin düşüb.

18.10.2018 20:03 / Baxılıb: 94 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo