Türkiyə Super Liqasında videotəkrar sistemi sayəsində 29 qərar dəyişdirilib

Futbol üzrə Türkiyə Super Liqasında videotəkrar sistemi (VAR) ilə bağlı ilk 8 turun hesabatı açıqlanıb.

Azadinform "NTV Spor"a istinadən xəbər verir ki, 72 görüş ərzində ümumilikdə 458 epizod incələnib. Nəticədə, 15 qol, 6 penalti və 8 qırmızı vərəqə olmaqla, 29 qərar dəyişdirilib. Beləliklə, orta hesabla 2,48 matçda referinin qərarına düzəliş edilib.

VAR sisteminin tətbiqindən sonra ötən mövsümün ilk 8 turu ilə müqayisədə qırımızı vərəqələr 16 faiz, sarı vərəqələr 12 faiz, qayda pozuntuları 11 faiz azaldığı halda, topun oyunda qalma müddəti matç başına 56 saniyə artaraq, 54 dəqiqə 52 saniyə olub. 

Qeyd edək ki, UEFA ötən ay 2019/2020 mövsümündə Çempionlar Liqasının pley-off mərhələsində VAR-dan istifadəyə icazə verib.

18.10.2018 19:16 / Baxılıb: 100 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.11.2018
    18.11.2018
    17.11.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo