Azərbaycanın tranzit imkanları Çində təqdim olunub

Samir Soltanov/AZADİNFORM. Azərbaycanın tranzit imkanları Çində keçirilən sammitdə təqdim olunub. 

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, Çin Xalq Respublikasının Hunan vilayətinin Candziadzie şəhərində Çinin Beynəlxalq Ticarət Palatası və İpək Yolu Beynəlxalq Ticarət Palatasının təşkilatçılığı ilə "Bir Kəmər - Bir Yol" təşəbbüsünün 5 illiyi münasibətilə sammit keçirilib. 

Azərbaycan Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının ofis rəhbəri Rüfət Bayramov "Bir Kəmər - Bir Yol" təşəbbüsü çərçivəsində beynəlxalq əlaqələrin inkişafı ilə bağlı dövlət qurumlarının rolu üzrə panel müzakirələrdə çıxış edib. O, sammit iştirakçılarına Azərbaycandan keçən nəqliyyat dəhlizləri, ölkəmizin tranzit imkanları, infrastrukturun inkişafı ilə bağlı görülən işlər, reallaşdırılan layihələr barədə məlumat verib.

18.10.2018 18:35 / Baxılıb: 96 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo