2 sığorta şirkəti və 13 sığorta agentinin lisenziyaları ləğv edilib

 

Samir Soltanov/AZADİNFORM. Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) İdarə Heyətinin qərarı ilə 2 sığorta şirkətinin və 13 nəfər sığorta agentinin lisenziyaları ləğv edilib, 8 nəfərə isə yeni lisenziyalar verilib. 

 

Palatanın mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, təkrarsığorta və sığorta agenti fəaliyyətinə verilmiş lisenziyanın könüllü qaydada ləğv edilməsi barədə daxil olan müraciətlər əsasında “İpək Yolu Sığorta” ASC və “Azərbaycan Sənaye Sığorta” ASC-nin və 5 nəfər sığorta agentinə verilmiş lisenziyalar ləğv edilib. 

Maliyyə Bazarlarına Nəzarət Palatasının müvafiq qərarı ilə fəaliyyəti barədə rüblük hesabatları təqdim etməyən şəxslərin sığorta agenti fəaliyyətinə verilmiş lisenziyaları 3 (üç) ay müddətinə dayandırılıb. Həmin tarixdən etibarən lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halların aradan qaldırılmaması ilə əlaqədar 8 nəfər fiziki şəxsin sığorta agenti fəaliyyətinə verilmiş lisenziyaları ləğv edilib. 
Palatanın idarə heyətinin eyni qərarı ilə attestasiyadan müvəffəqiyyətlə keçən 8 nəfər sığorta agentinə lisenziyalar verilib. Sığorta fəaliyyətinə dair lisenziyaları ləğv olunmuş və yeni lisenziyalar almış sığorta şirkətlərinin və sığorta agentlərin siyahısı təqdim olunur.

 

https://azertag.az/store/files/18.10.18/Lisenziyalar.pdf

18.10.2018 17:35 / Baxılıb: 274 / Çap
 
    Bu bölmədə
    20.11.2018
    Neft ucuzlaşıb
     Xəbər lenti
    20.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo