Müstəqillik bizim çox böyük sərvətimizdir Millət vəkili

Nərgiz Məmməd/AZADİNFORM. “18 oktyabr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri – Dövlət Müstəqilliyi Günüdür. 1991-ci il oktyabrın 18-də o vaxtkı Ali Sovetin sessiyasında Azərbaycan xalqının taleyində mühüm rol oynayan tarixi sənəd-Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib. Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir”.

Azadinform xəbər verir ki, bu sözləri millət vəkili Əli Məsimli bildirib. O, Azərbaycan tarixində yeni dövrün başlandığını qeyd edib: “Dünyada minlərlə xalq, millət yaşayır. Onlardan yalnız 200 ətrafında olanı öz dövlətini qura bilib. Çox şərəflidir ki, bunlardan biri də bizik. Bu il Dövlət Müstəqilliyinin 27-ci ildönümü ilə yanaşı həm də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd edirik. Müstəqillik bizim çox böyük sərvətimizdir. Biz onu qazandıq. Müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillərin qorunub saxlanması, inkişaf etdirilməsi, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadiyyatın inkişafı, milli-mənəvi dəyərlərin qorunub saxlanması, dövlət müstəqilliyimizin hər bir vətəndaşın konstitusion hüquq və azadlıqlarının tam reallaşdırılması və rifahı ilə tamamlanması üçün çalışaq, səy göstərək, bacardığımız töhfəni verək. Dövlət Müstəqilliyi Günü münasibətilə hamını ürəkdən təbrik edir, can sağlığı, həyat və fəaliyyətin bütün sahələrində davamlı uğurlar arzulayıram”.

18.10.2018 16:20 / Baxılıb: 284 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo