Sürüşmə sahəsi fərdi tikililərə doğru irəliləyir

Samir Soltanov/AZADİNFORM. Bakının Səbail rayonunda Badamdar sürüşmə ərazisinin sol hissəsindəki torpaq qatında yeni müxtəlif istiqamətli çatlar əmələ gəlib. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, saat 15:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə gərginlik davam edir. 

Sürüşmə sahəsinin yuxarı hissəsində yeni uçqun, töküntü prosesləri müşahidə olunur. Bunun nəticəsində də sürüşmə sahəsinin yuxarı hissəsi fərdi tikililərə doğru irəliləyir.

18.10.2018 15:41 / Baxılıb: 490 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.04.2019
    24.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo