Fransanın münaqişə ilə bağlı mövqeyi dəyişməzdir Səfir

Nərgiz Məmməd/AZADİNFORM. “Fransanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişməzdir”.

Azadinform xəbər verir ki, bu fikirləri Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Conatan Lakot news.am-a deyib.

O, ABŞ-ın Ermənistanda vəzifəsini başa vurmuş səfiri Riçard Milzin sonuncu bəyanatına münasibət bildirərkən deyib ki, Fransanın mövqeyi dəyişməzdir və onlar insanların ölümündən kədərlənirlər: “Münaqişənin danışıqlar yolu ilə, ATƏT-in Minsk qrupu çərçivəsində həllinə ümid edirik”.

Qeyd edək ki, ABŞ-ın Ermənistanda vəzifəsini başa vurmuş səfiri Riçard Milz münaqişənin tənzimlənməsi ilə bağlı konkret fikirlər bildirib və “Qarabağ münaqişəsinin həlli işğal olunmuş ərazilərin bir hissəsinin qaytarılmasını tələb edəcək”, - deyib.

18.10.2018 15:05 / Baxılıb: 362 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo