Bu il tikinti materiallarının istehsalı 32,2 faiz artıb

Adəm Abbaslı/AZADİNFORM. Cari ilin yanvar-sentyabr aylarında tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 32,2 faiz artaraq 448,5 milyon manat olub.

Dövlət Statistika Komitəsindən Azadinform-a verilən məlumata görə, hörmə üçün hazır beton qarışığının istehsalı 2,1 dəfə, sementin istehsalı 21,7 faiz, tikinti kərpicinin istehsalı 6,8 faiz artıb, tikinti əhənginin istehsalı 1,3 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı 41,2 faiz, tikinti gipsinin istehsalı isə 46,4 faiz azalıb.

18.10.2018 14:53 / Baxılıb: 265 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo