Gömrük Komitəsinin sədri Türkiyə səfiri ilə görüşüb

Adəm Abbaslı/AZADİNFORM. Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb.

Azadinform-un məlumatına görə, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev qeyd edib ki, xüsusilə son illər regionda həyata keçirilən nəqliyyat və logistika layihələrinin Azərbaycanla Türkiyənin təşəbbüsü və iradəsi ilə reallaşması münasibətlərin yüksək səviyyədə olmasının bariz nümunəsidir.

Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral iki ölkə arasındakı münasibətlərdən, qarşılıqlı əlaqələrin gələcək perspektivlərindən bəhs edib.

18.10.2018 14:29 / Baxılıb: 338 / Çap
 
    Bu bölmədə
    20.11.2018
    Neft ucuzlaşıb
     Xəbər lenti
    20.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo