Su kanalından 30 yaşlı kişi meyiti tapılıb

Samir Soltanov/AZADİNFORM. Sabirabadda su kanalından meyit tapılıb. 

Fövqəladə Hallar Nazirliyindən Azadinform-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə Sabirabad rayonunun Xəlfəli kəndində 1988-ci il təvəllüdlü Gülbalayev Natiq Mikayıl oğlunun meyitinin tapılaraq su kanalından çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub. 

Hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri N. Gülbalayevin meyitini sudan çıxarmış və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

18.10.2018 13:32 / Baxılıb: 268 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo