ASGA sədri disskusiyada çıxış edib Moskvada

AZADİNFORM. Moskvada Müstəqil Dövlətlər Birliyi Federal Agentliyi tərəfindən “Yeni Nəsil” proqramının növbəti mərhələsi başlayıb. 

Azadinform xəbər verir ki, “Beynəlxalq Gənclər Parlamentləri Konqresi” çərçivəsində reallaşan 4 günlük tədbirdə dünyanın 30 ölkəsindən onlarla gənc, deputatlar, səfirlər, siyasətçilər, rəsmilər, QHT və media nümayəndələri qatılıblar. Tədbirdə müxtəlif panellər üzrə fikir mübadiləsinin aparılır, eyni zamanda, bir sıra mədəni-kütləvi tədbirlərin reallaşır. 

Tədbirdə ölkəmizi Azərbaycan-Slavyan Gənclər Assosiasiyasının sədri, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının məclis üzvü Səbuhi Abbasov təmsil edir. İlk olaraq Rusiya Dövlət Dumasının "Parlament qəzeti"nin qonağı olan S. Abbasov disskusiyalarda fəal iştirak edib. Dünyada hazırkı geosiyasi proseslər, gənclər siyasəti, gənclərin parlamentlərdəki mövqeləri və digər mövzular ətrafında gedən disskusiyalarda fəal iştirak edən ASGA sədri Azərbaycanda həyata keçirilən Gənclər siyasəti haqqında iştirakçılara məlumat verib.  

Məlumat üçün qeyd edək ki, 16-20 oktyabr 2018-ci il tarixində Rusiya Federasiyasının paytaxtdı Moskva şəhərində Müstəqil Dövlətlər Birliyi Federal Agentliyi tərəfindən "Yeni Nəsil” proqramının növbəti mərhələsi reallaşır.

18.10.2018 12:55 / Baxılıb: 446 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo