Svetlana Jurova bilsəydi Dağlıq Qarabağa getməzdi Politoloq

Nərgiz Məmməd/AZADİNFORM. “Rusiya Xarici İşlər Nazirliyi Rusiya vətəndaşlarının Azərbaycanın işğal altındakı ərazilərinə səfərlərini normal sayır. Rusiya XİN-dən yayılan belə bir açıqlama diqqəti cəlb edir - “Prinsip etibarilə hesab edirik ki, bu cür tədbirlərin uğur qazanması üçün münaqişə tərəflərinin anlayışı və dəstəyi vacibdir”. Məsələ burasındadır ki, bu səfərə Azərbaycan tərəfi razılıq verməyib”.

Azadinform xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.

Politoloq hesab edir ki, Rusiyanın qadın ictimai xadimləri və deputatı Ermənistan üzərindən Dağlıq Qarabağa gedərkən bilməli idilər ki, bu halda Azərbaycan XİN onları persona non-qrata elan edəcək: “Azərbaycan XİN Rusiya XİN-in məsələyə münasibətinə tənqidi reaksiya verib. Dağlıq Qarabağa gedənlər arasında Rusiya Dövlət Dumasının komitə sədrinin müavini Svetlana Jurova da olub. Bu o deməkdir ki, Rusiyada separatizmə dəstək yüksək səviyyədə təşkil olunub. Svetlana Jurova bilsəydi ki, Duma rəhbərliyi və bütövlükdə hakimiyyət dairələri onun separatçı bölgəyə səfərinə mənfi yanaşacaq, Dağlıq Qarabağa getməzdi. Rusiya XİN-in “məsələyə reaksiyasi” onu göstərir ki, elə bu qurum da Svetlana Jurovaya işğal olunan bölgəyə səfər üçün yaşıl işıq yandırıb. Azərbaycan bu ölkənin hərbi blokunamı üzv olmalı idi?”.

18.10.2018 12:25 / Baxılıb: 412 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo