Gömrükdə 10 min siqaret müsadirə edilib

Samir Soltanov/AZADİNFORM. Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Azərbaycan vətəndaşına məxsus “Mercedes Benz” markalı avtomobil saxlanılıb. 

DGK-dan Azadinform-a verilən məlumata görə, Gürcüstandan Azərbaycana gələn nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Baxışdan öncə vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirsə də, avtomobilin salonunda arxa oturacağın arxasında xüsusi düzəldilmiş gizli saxlanc yerindən 10000 ədəd aksiz markasız, üzərində "King" yazısı olan siqaretlər aşkarlanıb. 

Faktla bağlı araşdırma aparılır.

18.10.2018 11:15 / Baxılıb: 357 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo