7 mənzildən 20 min manatlıq oğurluq edib

Samir Soltanov/AZADİNFORM. Mingəçevirdə 7 mənzildən oğurluq edən şəxs saxlanılıb. 

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan Azadinform-a verilən məlumata görə, Mingəçevir şəhərində müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşlara məxsus 7 mənzildən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. 

Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin Mingəçevir şəhər sakini əvvəllər məhkum olunmuş Sahil Hüseynli olduğu müəyyən edilib. Onun ayrı-ayrı vətəndaşlara məxsus evlərdən ümumi dəyəri 20.000 manat olan pul, qızıl-zinət və məişət əşyalarının oğurlayaraq maddi ziyan vurması müəyyən edilib. 

Dindirilmə zamanı S.Hüseynli törətdiyi cinayət əməllərini etiraf edib. 

Faktla bağlı Mingəçevir ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

18.10.2018 10:42 / Baxılıb: 321 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.11.2018
    18.11.2018
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo