Məktəb şagirdləri həyat üçün hazırlayırmı?

Çox insan öz valideynindən aldığı məsləhəti övladına verir. Ətrafımız günü-gündən nə qədər dəyişsə də, amma məlum məsləhətlər dəyişmir. Bu gün bir çoxlarımızın övladlarımıza verə biləcəyimiz ən “uğurlu” (əslində təhlükəli) məsləhət budur: “Məktəbə get, təhsil al, yaxşı bir iş axtar". 

Əlbəttə, bu həyatı şablona çevirir. Əgər uşağınızın gələcəkdə maddi cəhətdən daha yaxşı təmin olunmasını istəyirsinizsə köhnə qaydalarla oynamayın. Bu çox risklidir.   Bu gün yaxşı təhsil və bilik əldə etmək daha çox müvəffəqiyyət təmin etmir. Zənginlərin zənginləşməsi, yoxsulların yoxsullaşması və orta sinifin borc içində olması səbəbi - pul mövzusunun məktəbdə deyil, evdə öyrədilməsidir. 

Çox adam valideynlərindən pul haqqında məlumat almaq istəyir. Kasıb bir valideyn uşağına pul haqqında nə deyə bilər?! Deyə bilər ki, "məktəbdə qal və bütün qüdrətinlə öyrən". Bir uşaq məktəbdən məzun ola bilər, ancaq maliyyə baxımından zehn bağacı zəif olacaq. 

Zəngin insanlar uşaqlarını evdə yemək masası ətrafında öyrədir. Zənginlərin qaydaları, məktəbdə öyrədilən qaydalardan fərqlidir. Məktəbdə pul məsələsində heç nə öyrədilmir. Şagirdlər həyatda onlar üçün heç bir fayda verməyəcək mövzuları öyrənməyə vaxt sərf edirlər. Ali təhsilli insanların əksəriyyəti  pulun necə işlədiyini bilmir və bütün həyatlarını pul üçün işləyirlər. Bu da cəmiyyətdə maliyyə inteqrasiyasının yanlış formalaşmasına gətirib çıxardır. Həm maddi çətinlik yaşanır, həm də rüşvətə qarşı meyl oyanır.

Bir çox insanın qiyməti var. Çünki onlarda qorxu və arzu yaşayır. Əvvəla, pulsuz qalma qorxusu bizi çox işləməyə təşviq edir, Amma bir dəfə pul qazandıqdan sonra, biz satın ala biləcək bütün böyük şeylər barədə düşünməyi təmin edən həsrət və istək şəbəkələrinə düşürük. Həyat şablonu peyda olur.

Şablon - qalx, işə get, ödənişləri ödə… Bu nümunə insanların həyatıni qorxu ilə idarə edir. Onlara daha çox pul təklif edin və onlar xərclərini artıracaq. Uşaqlarının oyuncaqları daha bahalı olacaq, yeni avtomobil, böyük ev, yoldaşlarını heyran edəcək yeni tədbirlər... 

Qorxu səni idarə edir, arzu sənə sahib olur.  Bu da bir tələdir. İnsanlar arzularını təmin etmək üçün pul qazanmağa gedirlər. Onlar satın ala biləcək sevinc üçün pul qazanmaq istəyirlər. Ancaq pul gətirən sevinc çox vaxt kiçikdir və insanların daha çox sevinc, daha çox xoşbəxtlik, daha rahatlıq, daha çox təhlükəsizlik üçün daha çox pula ehtiyacı var. İnsanlar işləməyə və daha çox işləməyə çalışırlar ki, pulla özlərini sakitləşdirsinlər, amma pul bunu edə bilmir, bilməz də.  Bir sözlə qorxu və arzu ucbatından əzab-əziyyət çəkirlər.


E.Eyvazalı

18.10.2018 10:18 / Baxılıb: 414 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo