Göyçayda icazəsiz əldə edilmiş meşə materialı aşkarlanıb

Adəm Abbaslı/AZADİNFORM. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Göyçay rayonu ərazisində reyd keçirilib.

Nazirlikdən Azadinform-a verilən məlumata görə, reyd zamanı Göyçay rayonu ərazisində fəaliyyət göstərən yeşik hazırlanan sexlərdə icazəsiz yolla əldə edilmiş ümumilikdə 9,0 kub.m həcmində fıstıq cinsli meşə materialı aşkar edilib.

Faktlarla bağlı sexlərin sahibləri Əfqan Rəhimov, Anar Qafurov və Vüqar Zülfüqarov barəsində akt tərtib olunub və ümumilikdə onlara meşə fonduna dəyən 1278 manat məbləğində ziyan tətbiq edilib.

18.10.2018 10:00 / Baxılıb: 292 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.11.2018
    18.11.2018
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo