Tramp itkin düşmüş jurnalistlə bağlı Türkiyəyə göndərilən sorğudan danışıb

ABŞ prezidenti Donald Tramp bildirib ki, Amerika tərəfi itkin düşmüş səudiyyəli jurnalist Camal Qaşıqçı ilə bağlı Türkiyəyə sorğu göndərib.

Bu barədə Azadinform "Associated Press"ə istinadən xəbər verir.

"Tramp bildirib ki, ABŞ (audio və video təfərrüatlar varsa) Türkiyəyə itkin düşmüş jurnalistlə bağlı sorğu göndərib", - deyə xəbərdə qeyd edilir. Daha əvvəl bildirilib ki, Ağ Ev rəhbəri Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səudla itkin düşmüş Qaşıqçının işi ilə bağlı təhqiqatı müzakirə edib. 

17.10.2018 23:09 / Baxılıb: 87 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo