Facebook Messenger bu mesajları silməyə imkan verəcək

“Facebook” sosial şəbəkəsi öz rəsmi messencerində göndərilmiş  mesajları silməyə imkan verən funksiyanı sınaqdan keçirməyə başlayıb.

Azadinform xarici mediaya istinadən xəbər verir ki, “Facebook Messenger”in istifadəçiləri göndərilmiş mesajları yalnız öz çatından deyil, həmçinin qəbul edənin çatından silə biləcəklər. Sözügedən funksiyanın bütün istifadəçilərə əlçatan olacağı vaxt dəqiq məlum deyil, amma bildirilib ki, bu, yaxın gələcəkdə baş verəcək. Çox güman ki, mesajı göndərilmə anından ötən müəyyən müddət ərzində silmək mümkün olacaq.

Məlumat üçün bildirək ki, belə imkan artıq başqa sosial şəbəkə və messencerlərdə, həmçinin “Facebook” şirkətinə məxsus “WhatsApp” messencerində reallaşdırılıb.

17.10.2018 21:06 / Baxılıb: 96 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo