Sloveniya millisi baş məşqçisi ilə yollarını ayırıb

Sloveniya milli komandası baş məşqçi Tomaj Kavçiçlə yollarını ayırıb. 

Azadinform xəbər verir ki, bu barədə Sloveniya Futbol İttifaqının prezidenti Radenko Miyatoviç məlumat verib. 

Qərara yığmanın UEFA Millətlər Liqasındakı uğursuz çıxışı səbəb olub. 

Xatırladaq ki, Tomaj Kavçiç 2017-ci ilin dekabrından Sloveniya millisinə rəhbərlik edirdi. Onun rəhbərliyi altında komanda UEFA Millətlər Liqasında 4 oyuna 1 xal toplayıb.

17.10.2018 20:18 / Baxılıb: 78 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo