Putin: "Krımdakı partlayışın səbəbləri ətraflı araşdırılır"

"Krımın Kerç şəhərindəki texnikum binasında baş verən partlayışın səbəbləri ətraflı araşdırılır".

Azadinform “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

"Baş verən hadisənin cinayət olduğu artıq məlumdur. Faciənin səbəbləri, müxtəlif ehtimalları ətraflı şəkildə araşdırılır”, - V.Putin əlavə edib.

Qeyd edək ki, Kerç şəhərindəki Politexnik Kollecinin binasında baş verən partlayış nəticəsində 18 nəfər ölüb.

17.10.2018 19:46 / Baxılıb: 72 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo