Ən yaxşı məşqçilərin reytinqi – Qurbanov neçəncidir?

Samir Soltanov/AZADİNFORM. Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb. 

Azadinform xəbər verir ki, "World Coach Ranking" saytının təqdim etdiyi siyahıda millimizin və "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov 1077 xalla 463-cü pillədə yer alıb. Qurbanovun ötən həftə ilə müqayisədə mövqeyində dəyişiklik baş verməyib. 

"Neftçi"nin baş məşqçisi Roberto Bordin isə 1015 xalla 478-ci pillədə qərarlaşıb. İtaliyalı mütəxəssis ötən həftə ilə müqayisədə 3 pillə irəliləyib. 

Qeyd edək ki, siyahıya “Barselona”nın baş məşqçisi Ernesto Valverde başçılıq edir. 2-ci pillədə  "Atletiko"nun çalışdırıcısı Dieqo Simeone qərarlaşıb. "Qremio"nun baş məşqçisi Renato Qauço isə 3-cüdür.

17.10.2018 18:55 / Baxılıb: 103 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo