Ötən 27 ildə Azərbaycan zəngin və şərəfli inkişaf yolu keçib

Samir Soltanov/AZADİNFORM. “Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 27 il ötür. Bu rəqəm zaman baxımından qısa, inkişaf baxımından isə kifayət qədər zəngindir.  Müstəqilliyinin ilk illərində böyük təlatümlər yaşayan, ağır durumda olan Azərbaycan 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə ilə yenidən hakimiyyətə qayıtmasından sonra uğurlu inkişaf mərhələsinə qədəm qoyub. İllər keçdikcə ölkəmizin dünya birliyindəki siyasi çəkisi, iqtisadi gücü daha da artmağa başlayıb. 2003-cü ildən etibarən möhtərəm Prezidentimiz İlham Əliyevin gərgin səyləri nəticəsində bu inkişaf şaxələndirilib, ölkəmizin dövlət müstəqilliyi daha da möhkəmləndirilib. Bir sözlə, ötən 27 ildə Azərbaycan zəngin və şərəfli inkişaf yolu keçib”. 

Azadinform xəbər verir ki, bu fikirləri KİV-ə açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib. 

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından ötən 27 ildə böyük uğurlar qazanılıb: “Ölkəmizin əldə etdiyi yüksək göstəricilər, sürətli inkişafı beynəlxalq hesabatlarda öz əksini tapır. Belə ki, Azərbaycan Qlobal Rəqabətlilik Hesabatının yeni metodologiyası əsasında ilk dəfə qiymətləndirilərək Türkiyə, Serbiya, Gürcüstan, Cənubi Afrika Respublikası və Xorvatiya ilə birlikdə 7-ci onluğa daxil olmaqla 69-cu yerdə qərarlaşıb. Yeni hesabatda ölkəmizin mövqeləri kifayət qədər yaxşılaşıb. Qlobal Rəqabətlilik Hesabatında Azərbaycan dünyada sosial bərabərliyin ən yüksək səviyyədə təmin olunduğu ölkə kimi qeyd edilib. Bununla yanaşı, Azərbaycan 140 ölkə arasında biznesin dinamikliyi reytinqi üzrə 31-ci yeri tutub. Bu cür yüksək nəticələrin qazanılması son illər möhtərəm Prezidentimizin rəhbərliyi ilə həyata keçirilən mükəmməl iqtisadi islahatların sayəsində mümkün olub. Hesab edirəm ki, bu nəticələr ölkəmizin gələcəkdə digər indikatorlar üzrə də daha yaxşı nəticələr əldə etməsi üçün yeni imkanlar yaradacaq.”

17.10.2018 18:45 / Baxılıb: 127 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo