İşğal olunmuş ərazilərə səfər edən 3 əcnəbi jurnalistin adı arzuolunmaz şəxslər siyahısına daxil ediləcək

Samir Soltanov/AZADİNFORM. “Ermənistanda Frankofoniya tədbiri ilə bağlı Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edən 3 əcnəbi jurnalistin adı arzuolunmaz şəxslər siyahısına daxil ediləcək”. 

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, Frankofoniya sammiti əsnasında güddüyü təxribatçı məqsədlərə nail ola bilməyən Ermənistan Frankofoniya Mətbuatı Beynəlxalq İttifaqının İdarə heyətinin bəzi üzvlərini qanunsuz olaraq Azərbaycanın işğal olunmuş ərazilərinə səfərini təşkil edib: “Jurnalist etikası və obyektivliyi prinsipinə zidd olaraq bu qanunsuz səfərdə iştirak edən Jan Kuşner, Fransua Dost və Xədicə Riduanın adları arzuolunmaz şəxslər siyahısına daxil ediləcək".

17.10.2018 17:41 / Baxılıb: 110 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.11.2018
    18.11.2018
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo