Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulu vəzifəsindən uzaqlaşdırıldı

Samir Soltanov/AZADİNFORM. Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulu Məhəmməd el Uteybi vəzifəsindən uzaqlaşdırılıb. 

Azadinform xəbər verir ki, məlumatı “Reuters” agentliyi yayıb. Bildirilir ki, ötən gün ölkəsinə geri çağırılan Məhəmməd el Uteybi barəsində araşdırma başladılacaq.
Xatırladaq ki, "Vaşinqton Post" qəzetinin əməkdaşı, müxalif jurnalist Camal Qaşıqçı 
Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna daxil olduqdan sonra itkin düşüb.

17.10.2018 17:16 / Baxılıb: 263 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo