Türkiyə Suriyada öz siyasətini davam etdirə biləcək

Ləman Hüseynzadə / AZADİNFORM. “Ərdoğanla Pompeo arasında görüş səudiyyəli jurnalistin öldürülməsi ilə bağlı Türkiyədə araşdırmaların aparılması fonunda baş verib”.

Bu fikri Azadinform-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

O bildirib ki, bütün hallarda ABŞ və Türkiyə arasında ikitərəfli münasibətlərin normallaşdırılması üçün kifayət qədər zəmin var: “Bu zəmini möhkəmləndirmək üçün iki ölkə arasındakı görüş çox önəmlidir. Eyni zamanda, Türkiyə hazırda Mənbiç ətrafında əməliyyatlar keçirməsini planlaşdırır. Şəhərin Türkiyə tərəfindən nəzarətə götürülməsi nəzərdə tutulub. Bu şəhər ətrafında isə Amerika hərbiçilərinin infrastrukturu mövcuddur. Hesab edirəm ki, görüşdə əsas məsələlərdən biri Türkiyə tərəfindən aparılan əməliyyatlar və onların Amerika tərəfindən necə qarşılanmasıdır. Ona görə də bu görüş müəyyən dərəcədə faydalı olacaq və Türkiyə Suriyada öz siyasətini davam etdirə biləcək”.

17.10.2018 16:55 / Baxılıb: 522 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo