Aİİ-də multikulturalizmin fəlsəfi əsasları müzakirə olunub

AZADİNFORM. Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) “Multikulturalizm və fəlsəfi əsasları” mövzusunda növbəti seminarını keçirib.

Azadinform-un məlumatına görə, Aİİ-nin müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Anar Qafarov tələbələrin dünyagörüşünün zənginləşməsi, elmi axtarışlara sövq edilməsi üçün Aİİ-nin müxtəlif mövzularda təşkil etdiyi seminarların əhəmiyyətini xüsusi vurğulayıb. A.Qafarov bildirib ki, ölkəmizdə formalaşmış nümunəvi multikultural mühitə və bu kimi dəyərlərə verilən qiymət, fəlsəfi yanaşmalar gənc nəsil üçün faydalıdır. 

Xəzər Universitetinin müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqub “Multikulturalizm və fəlsəfi əsasları” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə çoxmədəniyyətlilik, tolerantlıq və fəlsəfənin bir-biri ilə çoxşaxəli nəzəri və təcrübi əlaqələrə malik olduğu, multikulturalizmin əsasının məhz fəlsəfi yanaşmalar üzərində qurulduğu vurğulanıb. Diqqətə çatdırılıb ki, bu istiqamətdə irəli sürülən müxtəlif fəlsəfi fikirlər multikulturalizmdən və mədəniyyətlərin bir-birinə təsirindən yaranan yanaşmalardır. Fəlsəfənin tolerantlığa bağlılığının qədim zamanlardan formalaşdığını qeyd edən M.Yaqub Azərbaycan xalqının güclü fəlsəfi təfəkkürə malik olduğunu bildirib. Məruzəçi Azərbaycanın dahi mütəfəkkirlərinin əsərlərindən misal gətirərək, ölkəmizdə müxtəlif millətlərin nümayəndələrinə humanist yanaşmanın buna bariz nümunə olduğunu qeyd edib.

17.10.2018 16:45 / Baxılıb: 293 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
16.11.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo