Bərdədə VAZ-21011 qaçıran saxlanılıb

Samir Soltanov/AZADİNFORM. Bərdədə avtomobil qaçıran şəxs saxlanılıb. 

DİN-dən Azadinform-a verilən məlumata görə, oktyabrın 16-da Bərdə şəhərinin ərazisindən şəhər sakini Fuad Mirzəyevə məxsus “VAZ-21011” markalı avtomobil qaçırılıb. 

Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Mehdili kənd sakini Bəxtiyar Əliyev kənd ərazisində avtomobillə birgə saxlanılıb. 

Araşdırma aparılır.

17.10.2018 16:10 / Baxılıb: 258 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.11.2018
    18.11.2018
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo