Şehiç Qalatasarayın hədəfində

Samir Soltanov/AZADİNFORM. “Qalatasaray” “Qarabağ”ın sabiq qolkiperi İbrahim Şehiçi hədəfləyib. 

Azadinform xəbər verir ki, məlumatı “Fotomaç” yayıb. Bildirilir ki, “sarı-qırmızı”lılar bosniyalı qapıçını klubun əsas qolkiperi Fernando Musleranın əvəzləyicisi kimi dəvət etmək istəyir. 

Məlumata görə, Şehiç hazırkı klubu “Ərzurumspor”da maaşını ala bilməyir. Buna görə də, Şehiçin qış fasiləsində klubdan ayrılmağa hazır olduğu vurğulanır. Əgər bosniyalı qapıçı klubla yollarını ayırsa, İstanbul təmsilçisi Şehiçi transfer edəcək. 

Xatırladaq ki, İbrahim Şehiç 2013-2018-ci illərdə “Qarabağ”ın qapısını qoruyub. 

17.10.2018 15:15 / Baxılıb: 372 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo