Badamdarda xırda çatların ölçüləri nəzərəçarpacaq dərəcədə artıb

Samir Soltanov/AZADİNFORM. Badamdarda sürüşmə sahəsində monitorinqlər davam etdirilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Azadinform-a verilən məlumata görə, sürüşmə zonasında saat 15:00-a olan monitorinqin nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır. 

Sürüşmə sahəsində asılı vəziyyətdə qalan tikilinin altındakı torpaq qatı artıq uçqun vəziyyətindədir. Tikilinin hərəkət etmə ehtimalı var. 

Ərazidə müşahidə olunan xırda çatların ölçüləri nəzərəçarpacaq dərəcədə artıb.

17.10.2018 15:00 / Baxılıb: 363 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.11.2018
    18.11.2018
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo