Bakıda növbəti sürüşmə - Səməd Vurğun küçəsi çökdü

"Səməd Vurğun küçəsində 60 metr uzunluğu, 3 metr enində sürüşmə qeydə alınıb".

Azadinform xəbər verir ki, bunu mətbuata açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

Onun sözlərinə görə, AAYDA-nın əməkdaşları sözügedən ərazidə olublar, ilkin baxış keçirilib: "Müəyyən olub ki, həmin ərazidə pilot layihə əsasında yeni bina inşa edilir. Qazıntı işləri aparılarkən yolun dayanıqlığı və geoloji işlər aparılmadan tikinti işləri həyata keçirilib. Yolun sürüşməməsi üçün divar qurulmalıydı. Nəticədə, yağış yağarkən sürüşmə qeydə alınıb. Hazırda əraziyə dəymiş ziyanın məbləği ilə bağlı araşdırma aparılır. Tikinti aparan şirkət yola dəymiş ziyanı ödəyəcək. Bundan başqa, AAYDA sözügedən ərazidə bərpa işlərinə başlayıb".

17.10.2018 14:25 / Baxılıb: 869 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.11.2018
    18.11.2018
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo