Avtomobil azyaşlını öldürdü - Lənkəranda

AZADİNFORM. Lənkəranda avtomobil yolu keçən azyaşlını vurub.

DİN-dən Azadinform-a verilən məlumata görə, oktyabrın 16-da saat 12 radələrində Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini – azyaşlı Mirəziz Camalzadə vurulub. Nəticədə azyaşlıya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “VAZ-2103” markalı avtomobilin sürücüsü, Astara şəhər sakini İskəndər İsayev saxlanılıb.

Araşdırma aparılır.

17.10.2018 14:13 / Baxılıb: 238 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo