Arda Turanın məhkəməsinin tarixi açıqlanıb

Samir Soltanov/AZADİNFORM. "Başakşəhər"in futbolçusu Arda Turanın məhkəməsinin tarixi açıqlanıb. 

Azadinform xəbər verir ki, İstanbul 41. Asliye Cəza Məhkəməsi Arda Turanın müğənni Berkayla arasındakı yaşanan qalmaqalla əlaqədar prokurorluğun göndərdiyi ittihamnaməni qəbul edib. Baş verənlərlə bağlı ilk məhkəmə 2019-cu il yanvarın 30-da keçiriləcək. 

Qeyd edək ki, ittiahnamədə A.Turanın cinsi təzavüz, qəsdən sağlamlığa zərər vurma, qanunsuz silah gəzdirmə, qəsdən yaralama ittihamı ilə 3 il 3 aydan 12 il yarıma qədər həbsi tələb olunub. Müğənni Berkayın isə təhqir ittihamı ilə 3 aydan 2 ilə kimi həbsi istənilib.

17.10.2018 12:52 / Baxılıb: 338 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.11.2018
    18.11.2018
    17.11.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo