Nar pulsuz danışıq dəqiqələri hədiyyə etdi

Adəm Abbaslı/AZADİNFORM. “Nar”ın abunəçilər və sosial şəbəkə istifadəçiləri üçün elan etdiyi “Nar”ı nə qədər yaxşı tanıyırsan?” müsabiqəsi yekunlaşıb.

“Nar”dan Azadinform-a verilən məlumata görə, 10-12 oktyabr tarixləri arasında internet üzərindən keçirilən müsabiqədə iştirak edənlərin hamısı mobil operator tərəfindən pulsuz danışıq dəqiqələri qazanıblar. 

https://www.nar.az/nar-questions.html səhifəsində keçirilmiş müsabiqədə dörd mindən çox insan iştirak edib. Mobil operator haqqında verilən bütün suallara düzgün cavab verən 50-dən çox insan 250 şəbəkədaxili, yarışda iştirak edib nömrəsini qeyd edən 3400-dən çox istifadəçi isə 50 şəbəkədaxili dəqiqə qazandı. “Nar”ın sosial şəbəkə hesablarında keçirilmiş müsabiqədə suallar mobil operatorun məhsulları, kampaniyaları, xidmətləri, korporativ sosial layihələri (KSM) və sponsorluq fəaliyyəti haqqında olub.

17.10.2018 12:45 / Baxılıb: 431 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo