Təmsilçimizin Uşaq Avroviziya-2018də oxuyacağı mahnı təqdim edildi - Promo çarx

Ləman Hüseynzadə / AZADİNFORM. Bu gün İctimai Televiziya və Radio Yayımları Şirkətində "Uşaq Avroviziya-2018" mahnı müsabiqəsində Azərbaycanın iştirakı ilə bağlı təqdimat mərasimi keçirilib.

Azadinform xəbər verir ki, tədbirdə Şirkətin Mərkəzi aparatının rəhbəri Faiq Qürbətov, Musiqi, Bədii və Xüsusi Layihələr Departamentinin rəhbəri Leyla Quliyeva, müsabiqədə Azərbaycanı təmsil edəcək ifaçı Fidan Hüseynova iştirak ediblər.

Tədbirdə F. Hüseynovanın "Uşaq Avroviziya-2018"də ifa edəcəyi "Sənin kimi olmaq" -  "I wanna be like you" adlı mahnının təqdimat çarxı nümayiş etdirilib. 

Tədbiri giriş sözü ilə açan Leyla Quliyeva bildirib ki, proma çarx İctimai Televiziyanın yaradıcı heyəti tərəfindən ekranlaşdırılıb: "Klipin texniki heyəti İctimai TV-nin bazasına məxsusdur. Səhnə əsəri bütünlüklə bizim öz işimizdir. Bunun maliyyə tərəfini işıqlandırmaq düşünürəm ki, məqsədə uyğun deyil. Bizə rəqib olacaq ölkəni indidən demək isə çox tezdir. Mahnıda Fidan öz arzularından və xəyali qəhrəmanından söz açır. O, ifası zamanı kimliyini açıqlamadığı qəhrəmana bənzəmək üçün məqsədinə doğru necə addımlamağından danışır. Qeyd edim ki, mahnının müəllifi bəstəkar İsa Məlikov və Fidan özüdür. Musiqinin sözləri isə Azərbaycan dilində Aytən İsmixanova, İngilis dilində isə Elvira Miçiyeva məxsusdur. Çarxın quruluşçu rejissoru Aleksey Krupina, operatoru İsmayıl Eyvazidir".

Daha sonra promo çarx təqdim edilib.

Xatırladaq ki, 25 noyabr 2018-ci il tarixində Belarusun paytaxtı Minskdə "Uşaq Avroviziya-2018" müsabiqəsi keçiriləcək. Müsabiqədə Azərbaycanla yanaşı 20 ölkə birincilik uğrunda mübarizə aparacaq.

17.10.2018 12:15 / Baxılıb: 381 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
17.11.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo