7 əcnəbi saxta sənədlərlə sərhəddən keçmək istədi

Samir Soltanov/AZADİNFORM. Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində tədbirlər davam etdirilir. 

DSX-dən Azadinform-a verilən məlumata görə, son günlərdə 7 əcnəbi vətəndaşın saxta sənədlərlə Azərbaycanın dövlət sərhədindən keçmək cəhdinin qarşısı alınıb. 

07 oktyabr tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Şarja-Bakı reysi ilə uçub gələn Banqladeş vətəndaşı 1998-ci il təvəllüdlü Ahmed Mohammad Masumun və 1999-cu il təvəllüdlü Moksu Mohammad Muminoor Rohmanın sərhəd naryadına təqdim etdikləri Hindistan pasportlarının qismən saxtalaşdırılması şübhə yaranıb və laboratoriya şəraitində dərinləşdirilmiş yoxlama zamanı təsdiqini tapıb. 

08 oktyabr tarixində “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsində Azərbaycandan Gürcüstana gedən Pakistan vətəndaşları 1985-ci il təvəllüdlü Ashraf Muhammadın və 2003-cü il təvəllüdlü Ahmed Bilalın sərhəd naryadına təqdim etdikləri pasportlara vurulmuş Yunanıstan vizası, həmçinin Ashraf Muhammadın pasportunda Danimarkaya məxsus şengen vizası saxta olduğu üçün saxlanılıblar. 

09 oktyabr tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-İstanbul reysi ilə uçub gedən Hindistan vətəndaşı 1998-ci il tə­vəllüdlü Gurpreet Singhnın sərhəd naryadına təqdim etdiyi pasporta vurulmuş Kanadaya məxsus vizanın saxta olması aşkar olunub. 

09 oktyabr tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Tehran-Bakı-London reysi ilə tranzit uçmaq istəyən İran vətəndaşı 1990-cı il təvəllüdlü Abedi İmanın sərhəd naryadına təqdim etdiyi İtaliya pasportu, İtaliyanın İD kartı və sürücülük vəsiqəsi saxta olduğu üçün saxlanılıb. 

14 oktyabr tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Şarja-Bakı reysi ilə gələn İtaliya vətəndaşı 1961-ci il təvəllüdlü Mshainesh Ahmadın sərhəd naryadına təqdim etdiyi pasportun saxta olması müəyyənləşdirilib, üzərinə baxış keçirilən zaman ona məxsus Suriyaya aid vətəndaşlığı olmayan şəxsin pasportu aşkar olunub. 

Saxlanılmış şəxslər barəsində müvafiq tədbirlər görülüb.

17.10.2018 12:07 / Baxılıb: 301 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo