Prezidentin rəhbərliyi altında ölkəmiz xeyli inkişaf edib Millət vəkili

Şəfa Tapdıq/AZADİNFORM. “Son 15 ildə ölkəmiz həyata keçirilən uğurlu siyasət nəticəsində öz mövqeyini daha da möhkəmləndirdi. 2003-cü il prezident seçkilərində xalqımız Ulu öndərin varisi, davamçısı cənab İlham Əliyevə inandı və etibar etdi. Xalqımız bunun nəticəsini də gördü”.

Bu fikirləri Azadinform-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Bildirib ki, Azərbaycan inkişaf edərək beynəlxalq nüfuzunu artırdı, mövqeyini möhkəmləndirdi: “Prezidentimizin rəhbərliyi ilə həyata keçirilən layihələr hesabına iqtisadiyyatımızın sürətli inkişafına nail olundu. Qeyri-neft sektorunun inkişafına diqqət artırıldı, bu sahələrə sərmayə qoyuldu və nəticə əldə olundu. Kənd təsərrüfatının demək olar ki, bütün sahələri inkişaf etdirilməkdədir. Bu gün ölkəmiz dünya standartlarına uyğun kənd təsərrüfatı, həmçinin sənaye məhsulları istehsal edir, dünyanın müxtəlif ölkələrinə “Azərbaycan brendi” ixrac edilir. Bu müddət ərzində dövlət büdcəsinin neftdən asılılığı xeyli azalıb. Şaxələnmiş iqtisadiyyatın inkişafı sürətləndirilib. Bununla da, iqtisadiyyatımız möhkəmlənib, hərbi gücümüz artıb, ordumuz regionun ən güclü ordusuna çevrilib. İqtisadiyyatımız dünya iqtisadiyyatına inteqrasiya olunub, müasir texnoloji istehsal sahələri yaradılıb. Azərbaycan brendi kimi tanınan “Asan Xidmət” dünyaya səs salıb. Bir sıra dünya ölkələri bu layihəni öyrənmək üçün ölkəmizə müraciət edir”.

Millət vəkili qeyd edib ki, regionların sosial-iqtisadi inkişaf proqramları qəbul edilir, abadlaşdırma işləri görülür, yol infrastrukturu qurulur, aqroparklar, sənaye məhəllələri, sənaye müəssisələri yaradılır, əhalinin məşğulluğuna diqqət etməklə işsizlik minimuma endirilməyə çalışılır: “Ümumiyyətlə, Prezidentimizin rəhbərliyi altında ölkəmiz xeyli inkişaf edib və bəzi ölkələrlə müqayisədə müəyyən sahələrdə önə keçib. Dövlətimiz öz mövqeyini möhkəmləndirib və söz sahibinə çevrilib. Bir sözlə, Azərbaycan dövlətinin gələcəyi Prezident İlham Əliyevin adı ilə bağlıdır”.

17.10.2018 12:00 / Baxılıb: 1856 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo