Yuxuların özünəməxsus dili

Dünyada 200-dən çox dövlət və 3500-dən çox dil var. Yuxu - insan irqinin unutduğu bir dildir. Bu dilin öyrənilməsinə e. ə. 3000 il bundan öncə, qədim Babil dövlətində başlanmışdır. Qazıntı zamanı tapılan "Qilqames haqqında epos" adlı gil lövhələr buna sübut ola bilər. Qədim yunanlar və misirlilər məbədlərdə "yuxu çağırılması" ilə məşğul olmuşlar. 

Şimali Amerikada yaşayan hinduların özəl yuxugörmə otaqları vardır. Bu otaqda tayfa ağsaqqalları dini mərasimdə oxuduğu ayinlər zamanı, gördükləri yuxuları yozurlar. Və bununla əlaqədar fərqli qərarlar alırlar. 

Peyğəmbərlərimizin bir çoxuna yuxu vasitəsilə vəhylər gəlmişdir. Hz. İbrahim (ə.s.) yuxuda oğlunu qurban etmə haqqında vəhy almışdır. 

Hz. Məhəmməd (s) ilk vəhyini yuxuda almışdır. (Əl Buxari, 2.3) 

Hz. Yusif (ə.s.) isə yuxu yozma qabiliyyəti ilə Allah tərəfindən mükafatlandırılmışdır. Biz yuxu yozma elmini öyrənə bilərik. Amma, bir şeyi yadda saxlamaq lazımdır ki, bu elmi Yusif peyğəmbər (ə.s.) qədər mükəmməl bilmək heç vaxt mümkün olmayacaq. Birincisi yuxu gələcəkdən də xəbər verir, gələcəyi tam bilmək bizə qadağan edilmişdir, bəzi  məqamlar istisna olmaqla. İkincisi bu elm Yüsif peyğəmbərə (ə.s.) İsrail oğullarını xilas etmək və Tutanhamon fironuna (onun zamanında yaşayan firavuna) təkallahlığı qəbul etdirmək üçün verilmişdir. 

Bəli, yuxularımız bununla yanaşı bizə axtardığımız və narahat olduğumuz bütün suallara gizli simvolik şifrələrlə cavab verir (eyni ilə tapmaca kimi). Məsələn: Eynşteyn "nisbilik nəzəriyyəsini" yuxuda gördüyü işıq şüası üzərində yolçuluğu zamanı kəşf etmişdir. 

Jeyms Vatson "malekulların DNT tərkibini" yuxuda bir-birinə sarılan iki ilan gördükdən sonra kəşf etdi. 

Yusif peyğəmbər (ə.s.) fironunun yuxusunu yeddi il bolluqdan sonra yeddi il aclıq olacağını deyərək yozdu.

Məhəmməd  peyğəmbər (s) buyurmuşdur: "Sizdən biriniz xoşagələn bir yuxu görsə, (bilsin ki,) bu ancaq Allahdandır. Belə olduğu təqdirdə Allahı həmdi - səna ilə təqdis etsin və onu istədiyi adamlara danışsın. Və əgər başqa bir xoşagəlməz yuxu görərsə, (bilsin ki,) bu ancaq şeytan tərəfindəndir. Belə olduğu halda həmin yuxunun şərindən Allaha sığınsın və onu heç kəsə danışmasın. (Belə etsə,) o yuxu ona zərər verə bilməz". (Əl-Buxari)


Elçin Eyvazalı

 

17.10.2018 10:11 / Baxılıb: 409 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo