Gürcüstanda prezidentlik uğrunda 25 namizəd mübarizə aparacaq

Gürcüstanda prezidentliyə namizədliyin geri götürülməsi ilə bağlı müddət başa çatıb.

Məlumata görə, bunu Gürcüstanın Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Ana Mikeladze deyib.

O bildirib ki, qeydiyyata alınmış 25 namizədin heç biri namizədliyinin geri götürülməsi ilə bağlı müraciət etməyib:

“Buna müvafiq olaraq, seçki bülleteninə 25 namizədin hamısı daxil ediləcək”.

Gürcüstanda prezident seçkiləri oktyabrın 28-də keçiriləcək. 25 namizədin 19-u siyasi partiya, 6-sı isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Bundan əvvəl Gürcüstan prezidentliyinə müstəqil namizəd Salome Zurabişvilinin təşviqat materiallarının daşındığı yük maşınında yanğın baş verdiyi bildirilmişdi. (report)

16.10.2018 23:57 / Baxılıb: 98 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo