Ermənistan prezidenti hökumətin istefasını qəbul edib

Ermənistan prezidenti Armen Sarkisyan yerli hökumətin istefasını qəbul edib.

Azadinform RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

"Ermənistan hökumətinin istefası qəbul olundu", - deyə prezidentin saytına yerləşdirilən fərmanda qeyd olunub.

Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin buraxılmasından ötrü rəsmi səbəb yaratmaq üçün öz postunu tərk edib. Bununla belə o, Nazirlər Kabinetinin rəhbəri vəzifəsini davam etdirəcək.

16.10.2018 23:45 / Baxılıb: 82 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo