"Qalatasaray" Fatih Terimlə müqavilənin müddətini uzadıb

Türkiyənin "Qalatasaray" klubu baş məşqçisi Fatih Terimlə müqavilənin müddətini uzadıb. 

Azadinform "CNN Türk"ə istinadən xəbər verir ki, 65 yaşlı mütəxəssis 2021-2022-ci il mövsümünün sonuna kimi İstanbul təmsilçisinə rəhbərlik edəcək. 

Onun klubla əvvəlki sözləşməsi 2019-cu ilin mayında başa çatır.

Qeyd edək ki, ötən ilin dekabrında 4-cü dəfə “Qalatasaray”ın baş məşqçisi təyin olunan Fatih Terim son mövsümdə Türkiyə Super Liqasının qalibi olub. “Cim-Bom” cari çempionatda da 18 xalla liderdir. İstanbul təmsilçisi Çempionlar Liqasında D qrupunda yer alıb və 2 turdan sonra 3 xalla 3-cü yerdədir. 

16.10.2018 23:36 / Baxılıb: 79 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.11.2018
    18.11.2018
    17.11.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo